...

Bakının mərkəzində partlamamış sursat aşkarlanıb

Hadisə Materials 27 Fevral 2012 15:48 (UTC +04:00)
Bakının mərkəzi hissəsində partlamamış sursat aşkarlanıb.
Bakının mərkəzində partlamamış sursat aşkarlanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakının mərkəzi hissəsində partlamamış sursat aşkarlanıb.

Trend-in bazar ertəsi FHN-in rəsmi saytına istinadən verdiyi məlıumata görə, Bakı şəhəri, Səbail rayonunda sursat aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, istifadəyə yararlı 1 ədəd "F-1" markalı əl qumbarası və "UZRQM" tipli alışdırıcıdır.

Aşkarlanmış sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti