Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakı polisi axtarışda olan 3 nəfəri saxlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Vəfa Abdulxalıqova tutulub.
Nərimanov RPİ 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rahim Əliyev tutulub.
Xətai RPİ və 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Rüzgar Ələkbərov saxlanılıb.
Bakı polisi axtarışda olan 3 nəfəri saxlayıb
Bakı polisi axtarışda olan 3 nəfəri saxlayıb.
