...

İranda ev dağılıb: 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Hadisə Materials 26 Mart 2012 13:56 (UTC +04:00)
İranın Nişapur şəhərinin Durud kəndində iki ay əvvəl baş vermiş zəlzələ nəticəsində zədələnmiş ev dağılıb, 6 nəfər ölüb, bir nəfər yaralanıb.
İranda ev dağılıb: 6 nəfər ölüb, 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir T.Cəfərov/

İranın Nişapur şəhərinin Durud kəndində iki ay əvvəl baş vermiş zəlzələ nəticəsində zədələnmiş ev dağılıb, 6 nəfər ölüb, bir nəfər yaralanıb. Bu barədə Trend bazar ertəsi "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, ölənlərdən üçü 6 yaşlı uşaqlardır.

Yanvar ayının sonlarında İranın Nişapur şəhəri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş vermişdi.

Xəbər lenti

Xəbər lenti