...

Hacıqabulda yeməkxanada yanğın olub, Türkiyə vətəndaşı daxil olmaqla dörd nəfər xəsarət alıb

Hadisə Materials 1 Aprel 2012 23:51 (UTC +04:00)
Hacıqabul rayonu, Padarçöl kəndində (rayon mərkəzindən 40 km. aralı) inşaat şirkətinə məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli yeməkxana binasının yanar konstruksiyaları yanıb.
Hacıqabulda yeməkxanada yanğın olub, Türkiyə vətəndaşı daxil olmaqla dörd nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Hacıqabul rayonu, Padarçöl kəndində (rayon mərkəzindən 40 km. aralı) inşaat şirkətinə məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli yeməkxana binasının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, yanğın zamanı yeməkxananın işçıləri 1966-cı il təv. Türkiyə vətəndaşı Güllər Əli, 1963-cü il təv. Mahmudova Gülşən Cəfər qızı,1959-cu il təv. Quliyeva Sevil Mürvət qızı,1958-ci il təv. Nəsirova Məryəm Qürbət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhəri mərkəzi xəstəxanasına aparılmışdır. Yanğın saat 17:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti