...

Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb

Hadisə Materials 7 Aprel 2012 10:34 (UTC +04:00)
Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb.
Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aparılmış əməliyyat xilasetmə işləri nəticəsində bu gün səhər saat 09:30 radələrində itkin düşmüş şəxslərin cəsədləri Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 4-də nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini - 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu martın 30-da ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıblar.

Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itlər hadisə yerinə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti