...

Bakıda oğul atasını qətlə yetirib

Hadisə Materials 11 Aprel 2012 09:24 (UTC +04:00)
Bakıda oğul 55 yaşlı atasını qətlə yetirib.
Bakıda oğul atasını qətlə yetirib

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda oğul 55 yaşlı atasını qətlə yetirib.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/23 ünvanında yaşayan 1986-cı il təvəllüdlü İlkin Məmmədov atası, 1957-ci il təvəllüdlü Rafiq Məmmədova mətbəx bıçağı ilə xəsarət yetirib.

Məmmədov xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda dünyasını dəyişib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

İlkin Məmmədov saxlanılıb və faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti