Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakıda masaj salonunda əxlaqsızlıq yuvası aşkarlanıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki "Rusaloçka" masaj salonunda oranın inzibatçısı Leyla Qulamovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.