...

Azərbaycanda yol qəzalarında 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Hadisə Materials 18 Aprel 2012 09:35 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 9 yol qəzası qeydə alınıb.
Azərbaycanda yol qəzalarında 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən baş verən yol qəzalarında 1 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 9 yol qəzası qeydə alınıb.

Ölümlə nəticələnən yol qəzası Lənkəranda baş verib.

Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində "VAZ 2109" ilə "VAZ 2154" markalı avtomobillər toqquşub. Qəzada bir nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb.

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində "VAZ 2107" markalı minik avtomobili iki piyadanı vurub. Hər iki piyada ağır bədən xəsarəti alıb.

Nizami rayonu, Heydər Əliyev prospektində "Hyundai" markalı avtomobil maneəyə dəyib, nəticədə iki nəfər xəsarət alıb.

Masallı-Yardımlı yolunun Masallı rayonu ərazisinə düşən hissəsində "VAZ 2106" və "VAZ 21011" markalı avtomobillər toqquşub, 2 nəfər xəsarət alıb.

Bütün faktlar üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti