...

İraqda bir neçə partlayış baş verib, ölənlər var

Hadisə Materials 19 Aprel 2012 11:02 (UTC +04:00)
İraqın Kərkük əyalətində cümə axşamı səhər bir neçə partlayış baş verib.
İraqda bir neçə partlayış baş verib, ölənlər var

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Tağıyeva/

İraqın Kərkük əyalətində cümə axşamı səhər bir neçə partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı xəbər verib.

İlkin məlumatlara görə, partlayışlar nəticəsində səkkiz nəfər həlak olub, daha doqquz nəfər isə ağır yaralanıb.

Təhqiqat aparılır, əsas versiya terror aktıdır.

Xəbər lenti

Xəbər lenti