...

Ucarda bələdiyyə binası yanıb

Hadisə Materials 19 Aprel 2012 11:52 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır. Yanğının səbəbi araşdırılır.
Ucarda bələdiyyə binası yanıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ucarda bələdiyyə binası yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Çiyni kəndində (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 154 kvadratmetr olan birmərtəbəli inzibati binanın 1 otağında yanğın olub.

Otaqda 2 kvadratmetr hissə əşyaları ilə birgə yanıb.

Faktla bağlı araşdırma aparılır. Yanğının səbəbi araşdırılır.

Xəbər lenti

Xəbər lenti