...

Xızıda top mərmiləri zərərsizləşdirilib

Hadisə Materials 19 Aprel 2012 17:22 (UTC +04:00)
Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlandığı əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri tərəfindən təkrar baxış keçirilib və ərazi hərbi sursatlardan təmizlənib.
Xızıda top mərmiləri zərərsizləşdirilib

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir K.Zərbalıyeva/

Xızıda top mərmiləri zərərsizləşdirilib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlandığı əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri tərəfindən təkrar baxış keçirilib və ərazi hərbi sursatlardan təmizlənib.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Ümumilikdə, nazirliyin mütəxəssisləri tərəfindən ümumi sahəsi 1 hektardan artıq olan əraziyə keçirilmiş baxışlar nəticəsində istifadəyə yararlı 370 ədəd 155 mm-lik top mərmisi üçün partladıcı, 9 ədəd 122 mm-lik top mərmisi üçün partladıcı, 7 ədəd 86 mm-lik top mərmisi üçün partladıcı, 8 ədəd 125 mm-lik top mərmisi, 4 ədəd 122 mm-lik top mərmisi, 2 ədəd 100 mm-lik top mərmisi və 2 ədəd 86 mm-lik top mərmisi aşkar edilib.

Aşkarlanmış hərbi sursatlar ANAMA təşkilatının mütəxəssislərinin iştirakı ilə partladılaraq zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti