...

Tehranda məscid uçub, 8 nəfər həlak olub

Hadisə Materials 21 Aprel 2012 10:43 (UTC +04:00)
Ötən axşam İranın paytaxtı Tehranda həzrət Rüqəyyə məscid uçub. Hadisə nəticəsində 8 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Tehranda məscid uçub, 8 nəfər həlak olub

Azərbaycan, Bakı, 21 aprel / Trend müxbir T.Cəfərov/

Dünən axşam saatlarında İranın paytaxtı Tehranda Həzrət Rüqəyyə məscidi uçub. Hadisə nəticəsində 8 nəfər həlak olub, çox sayda insan yaralanıb. Trend-in məlumatına görə, bu barədə TABNAK xəbər saytı məlumat verir.

Məlumata əsasən, məscidin uçmasına səbəb onun ətrafında hündürmərtəbəli binanın tikintisi üçün aparılan qazıntı işləri səbəb olub. Belə ki, aparılan qazıntı səbəbindən qədimi məscidin bünövrəsi boşalıb və uçub.

Qeyd edək ki, hadisə ötən gecə yerli vaxtla saat 21:30 radələrində baş verib. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti