...

Bakıda maşın yandı, bir nəfər öldü

Hadisə Materials 22 Aprel 2012 12:46 (UTC +04:00)
Bakıda maşın yandı, bir nəfər öldü.
Bakıda maşın yandı, bir nəfər öldü

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda maşın yandı, nəticədə bir nəfər öldü.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda sahibi və nömrəsi məlum olmayan "VAZ-2109" markalı minik avtomobili yanıb.

Yanğının kəşfiyyatı zamanı avtomobilin içərisində sürücünün yanmış meyiti aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti