...

Meksikada kütləvi uşaq zəhərlənməsi baş verib

Hadisə Materials 29 Aprel 2012 10:07 (UTC +04:00)
Meksikanın tanınmış Аkаpulko kurort şəhərinin məktəblərinin birində 114 şagird qidadan ciddi zəhərlənib və şəhər xəstəxanasında yerləşdirilib.
Meksikada kütləvi uşaq zəhərlənməsi baş verib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Meksikanın tanınmış Аkаpulko kurort şəhərinin məktəblərinin birində 114 şagird qidadan ciddi zəhərlənib və şəhər xəstəxanasında yerləşdirilib.

İlkin məlumata görə, kütləvi zəhərlənmə məktəbdə Uşaq Günü qeyd edilən zaman baş verib, həmçinin bir neçə yaşlı insanda zəhərlənib. Tədbir zamanı uşaqlara yemək və içmək, xüsusəndə piroq və ətdən hazırlanmış xörəklər verilib və zəhərlənməyə də bunun səbəb olacağı güman edilir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

Qerrero ştatının səhiyyə naziri Lasaro Alonso zəhərlənənlərin iki şəhər xəstəxanasına çatdırıldığını qeyd edib. Zəhərlənmənin əsas simptomları diatez, qusma, baş ağrısı və yüksək hərarətdir.

Xəbər lenti

Xəbər lenti