...

Bakıda qazıntı işləri aparılarkən iki nəfər torpaq altında qalıb

Hadisə Materials 7 May 2012 10:29 (UTC +04:00)
Bakıda qazıntı işləri aparılarkən iki nəfər torpaq altında qalıb.
Bakıda qazıntı işləri aparılarkən iki nəfər torpaq altında qalıb

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda qazıntı işləri aparılarkən iki nəfər torpaq altında qalıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində qazıntı işləri apararkən üzərinə torpaq tökülmüş 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri torpaq altından çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti