...

Biləsuvarda 12 kiloqram həşiş satmaq istəyən rayon sakinləri saxlanılıb

Hadisə Materials 16 May 2012 13:48 (UTC +04:00)
Biləsuvarda 12 kiloqram həşiş satmaq istəyən rayon sakinləri saxlanılıb.
Biləsuvarda 12 kiloqram həşiş satmaq istəyən rayon sakinləri saxlanılıb

Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/

Biləsuvarda 12 kiloqram həşiş satmaq istəyən rayon sakinləri saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar rayonunun Çaylı kəndi ərazisində, 12 kiloqram həşiş qətranını satmağa cəhd göstərmiş rayon sakinləri, əvvəllər məhkum olunmuş Vaqif Məmmədov və Namiq Fətullayev polis əməkdaşları tərəfindən saxlanılarkən qaçmağa cəhd göstəriblər.

Görülən zəruri tədbirlər nəticəsində Məmmədov və Fətullayev tutulublar.

Xəbər lenti

Xəbər lenti