...

Ukraynada Azərbaycan diasporunun rəhbərini qətlə yetirməkdə şübhəli bilinən dəstə saxlanılıb

Hadisə Materials 7 İyun 2012 09:35 (UTC +04:00)
Ukrayna milisinin əməkdaşları Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudovu qətlə yetirməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.
Ukraynada Azərbaycan diasporunun rəhbərini qətlə yetirməkdə şübhəli bilinən dəstə saxlanılıb

Azərbaycan, Bakı, 7 iyun / Trend müxbir E.Mehdiyev /

Ukrayna milisinin əməkdaşları Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudovu qətlə yetirməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəhbəri Viktor Dubovik deyib.

"Təsdiq olunur ki, qətl sifariş əsasında həyata keçirilib. Hazırda cinayətin mötivləri araşdırılır", - Dubovik əlavə edib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Azəbaycan, Ukrayna və digər ölkələrin vətəndaşları var.

Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə açıq havada görüş keçirərkən qətlə yetirilib.

Konqresdən daha öncə Trend-ə verilən məlumata görə, iki naməlum motoskiletçi Mahmudova atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Mahmudova dəyən 3 güllədən biri onun ciyərini parçalayıb.

Qətlin motivi haqqında hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti