...

Daxili İşlər Nazirliyi Bakıda ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 6 İyul 2012 12:42 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 19:45 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Teymur Yusiflinin idarə etdiyi "Chevrolet" markalı və Bakı şəhər sakini Eldar Rəhimovun idarə etdiyi "BMW X-5" markalı avtomaşınlar toqquşub.
Daxili İşlər Nazirliyi Bakıda ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 19:45 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Teymur Yusiflinin idarə etdiyi "Chevrolet" markalı və Bakı şəhər sakini Eldar Rəhimovun idarə etdiyi "BMW X-5" markalı avtomaşınlar toqquşub.

Sonradan Rəhimov idarəetməni itirdiyindən avtomaşını yolun kənarında saxlanılmış Bakı şəhər sakini Turanə Yaqubovaya məxsus "Hyundai" markalı avtomaşına çırpıb.

Nəticədə Yusifli hadisə yerində ölüb, xəsarət almış Rəhimov və sərnişini, Bakı şəhər sakini Rəfail Hacılı isə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti