...

Bakıda dörd avtomobil toqquşub

Hadisə Materials 15 İyul 2012 16:57 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir barmaqlıqlara çırpılıb və yolun hərəkət istiqamətində olan “Mercedes”, “Audi”, “Hyundai” markalı avtomobillər ilə zəncirvari toqquşub.
Bakıda dörd avtomobil toqquşub

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "Opel" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir barmaqlıqlara çırpılıb və yolun hərəkət istiqamətində olan "Mercedes", "Audi", "Hyundai" markalı avtomobillər ilə zəncirvari toqquşub.

Hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə "Opel" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb, ona ilkin tibbi yardım göstərib və hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib.

Xəbər lenti

Xəbər lenti