...

İstirahət günlərində Bakıda 5 nəfəri gün vurub

Hadisə Materials 30 İyul 2012 10:23 (UTC +04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, iyulun 28-də 3 nəfər, 29-da isə 2 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.
İstirahət günlərində Bakıda 5 nəfəri gün vurub

Azərbaycan, Bakı, 30 iyul / Trend müxbir K.Zərbalıyeva/

İstirahət günlərində Bakıda 5 nəfəri gün vurub.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, iyulun 28-də 3 nəfər, 29-da isə 2 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.

Onlardan biri 12 yaşlı uşaq olub.

Stansiyadan bildirilib ki, günvuran şəxslərdən biri ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həmin şəxs Abşeron Neft-Qaz Çıxarma İdarəsinin işçisi, 31 yaşlı kişi olub.

Digər gün vuran şəxslərə yerində ilkin tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti