...

Bank fırıldaqçılığında təqsirləndirilən 4 iranlı ölüm cəzasına məhkum edilib

Hadisə Materials 30 İyul 2012 17:22 (UTC +04:00)
Bank fırıldaqçılığında təqsirləndirilən 4 iranlı ölüm cəzasına məhkum edilib. Həmin şəxslər banklara 2,8 milyard dollar həcmində zərər veriblər.
Bank fırıldaqçılığında təqsirləndirilən 4 iranlı ölüm cəzasına məhkum edilib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbirlər E.Tarıverdiyeva, D.Xatınoğlu/

Bank fırıldaqçılığında təqsirləndirilən 4 iranlı ölüm cəzasına məhkum edilib. Həmin şəxslər banklara 2,8 milyard dollar həcmində zərər veriblər. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İran Ədliyyə Nazirliyinin mətbuat katibi Qulamhüseyn Möhsüni Əjeyi bildirib.

O əlavə edib ki, bank fırıldaqçılığı haqqında iş üzrə daha iki nəfər ömürlük həbs cəzasına məhkum edilib. Təqsirləndirilən bir neçə nəfərin hər biri 25 il azadlıqdan məhrum edilib.

Bank fırıldaqçılığı haqqında iş üzrə cəmi 39 nəfər həbs edilib.

Məhkəmə prosesi fevralın 19-da başlayıb. Həbs olunanlar İran banklarından ölkə tarixində ən yüksək məbləği oğurlamaqda təqsirləndirilirlər.

Söhbət qanunsuz akkreditivlər və iri həcmdə bank kreditləri almaq üçün nüfuzundan dövlət məmurları üzərində istifadə etməkdə təqsirləndirilən Əmir Mansur Aryanın qrupundan gedir.

İş üzrə 7 dövlət və özəl bankının adı keçir. Həmin banklarda fırıldaqçılıq, kreditlərin təmin edilməsi üçün sənədlərin saxtalaşdırılması faktları aşkar edilib.

Məhkəminin sonuncu iclasında təqsirləndirilən 7 şəxs maliyyə fırıldaqçılığı üzrə günahkar bilinib. Analoji cəza əvvələr bank fırıldaqçılığının 17 iştirakçısına verilmişdi.

Xəbər lenti

Xəbər lenti