...

Azərbaycanda istirahət günləri "yol terroru"nda 4 nəfər ölüb

Hadisə Materials 10 Sentyabr 2012 12:21 (UTC +04:00)
Azərbaycanda istirahət günlərində baş verən yol qəzaları zamanı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Azərbaycanda istirahət günləri "yol terroru"nda 4 nəfər ölüb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanda istirahət günlərində baş verən yol qəzaları zamanı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən bazar ertəsi Trend-ə bildirilib ki, Azərbaycanın avtomobil yollarında sentyabrın 8-9-da 13 yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, sentyabrın 8-də respublikanın avtomobil yollarında 8 yol qəzası baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sentyabrın 9-da isə respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti