Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Bakıda ticarət mərkəzində yanğın olub.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində saunanın taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb.
Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.