Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Azərbaycan Ordusunun əsgəri silahla ehtiyatsız davrandığına görə hərbiçi yoldaşını yaralayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində Xaçmaz rayonundan hərbi xidmətə çağırılan 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovun tabeliyindəki avtomatdan ehtiyatsızlıqdan atəş açılıb.
Güllə onun əsgər yoldaşı, Yevlax rayonundan hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadəyə dəyib. Başından yaralanan əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycan Ordusunun əsgəri silahla ehtiyatsız davrandığına görə hərbiçi yoldaşını yaralayıb
Azərbaycan Ordusunun əsgəri silahla ehtiyatsız davrandığına görə hərbiçi yoldaşını yaralayıb.
