...

Hövsanda baş vermiş avtomobil qəzası ilə bağlı rəsmi məlumat yayılıb

Hadisə Materials 22 Yanvar 2013 12:01 (UTC +04:00)
Bakının Hövsan qəsəbəsində baş vermiş avtomobil qəzasında bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hövsanda baş vermiş avtomobil qəzası ilə bağlı rəsmi məlumat yayılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/

Bakının Hövsan qəsəbəsində baş vermiş avtomobil qəzasında bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-i saat 16:30 radələrində Hövsan qəsəbəsində Bakı şəhər sakini Telman Bədəlov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək maneəyə vurub.

Nəticədə Bədəlovun sərnişinləri Firəngiz Bədəlova, Habil Bağırov, Yalçın Musayev, İlhamə Kamilova və oğlu Ümid xəsarət alıb və 3 saylı xəstəxanaya yerləşdirilib.

Ümid Kamilov aldığı xəsarətlər nəticəsində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti