...

Azərbaycanda polis çavuşu piyadanı vurub öldürdü

Hadisə Materials 11 Fevral 2013 11:22 (UTC +04:00)
Bakıda yol polisinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
Azərbaycanda polis çavuşu piyadanı vurub öldürdü

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda yol polisinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 9-da saat 19:10 radələrində Nobel prospektində qeydə alınıb.

Xətai rayon polis şöbəsinin inspektoru, polis çavuşu Xəlilov Emin Rəfael oğlu xidmətdə olarkən idarə etdiyi Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə məxsus "10-YP-582" dövlət nömrə nişanlı BMW markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elxan Həsənovu vurub.

Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti