Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Mehdiyev/
Naxçıvanda hərbi təlim zamanı hərbi qulluqçu ölüb.
Trend-in bölgə müxbirinin məlumatına görə, fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Bəylərovun idarə etdiyi tank aşıb. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bu faktı təsdiqləyib.