...

DİN: Xabarovskda qəzaya uğrayan vertolyotun ekipajı xəsarət almayıb

Hadisə Materials 15 Mart 2013 16:07 (UTC +04:00)
Xabarovskda qəzaya uğrayan Mİ-8 vertolyotunun ekipajı xəsarət almayıb və heyət üzvləri özləri kabinanı tərk ediblər.
DİN: Xabarovskda qəzaya uğrayan vertolyotun ekipajı xəsarət almayıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Xabarovskda qəzaya uğrayan Mİ-8 vertolyotunun ekipajı xəsarət almayıb və heyət üzvləri özləri kabinanı tərk ediblər. Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat mərkəzinin məlumatında deyilir.

"Alışma baş verməyib. Ekipaj xəsarət almayıb və vertolyotu sərbəst şəkildə tərk edib. Uçuşların təhlükəsizlik xidmətinin mütəxəssisləri qəzanı araşdırırlar", - məlumatda qeyd olunur.

Mərkəzdən qeyd ediblər ki, qəza vertolyot yerdən 1-1,5 metr yüksəkliyə qalxarkən DİN-in aviasiya meydançasında baş verib.

Fakt üzrə uçuş qaydalarının pozulması üzrə iş açılıb.

Qeyd edək ki, martın 14-də saat 16:04 radələrində "Xabarovsk-Çentralnı" hava limanında uçuşdan öncə Mİ-8 sistemlərinin yoxlanması zamanı vertolyot gözlənilmədən yana əyilib və onun vintlərinin yerə toxunması nəticəsində aparıcı pərlər və idarəedici vint sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti