Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Sumqayıt şəhər sakininin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Safurə Vəlizadənin gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.