...

Səudiyyə Ərəbistanında casusluqda şübhəli bilinən 18 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 20 Mart 2013 11:16 (UTC +04:00)
Səudiyyə Ərəbistanında casusluqda şübhəli bilinən 18 nəfər saxlanılıb.
Səudiyyə Ərəbistanında casusluqda şübhəli bilinən 18 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 04:24-də yayılıb)

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir R.Hafizoğlu/

Səudiyyə Ərəbistanında casusluqda şübhəli bilinən 18 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "əl-Cəzirə" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, saxlanılanlar arasında İran və Livan vətəndaşları da var. Qalan 16 nəfər isə Səudiyyə Ərəbistanı vətəndaşıdır.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin əməkdaşı Mənsur Turki bildirib ki, onlar bir sıra dövlətlər tərəfindən yaradılmış "casus şəbəkəsi"nə daxildirlər.

Məlumata görə, saxlanılanların İran lehinə casusluq etdikləri güman edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti