...

"Kaspian" ticarət mərkəzinin qarşısında qadınları fahişəliyə cəlb edən şəxs yaxalanıb

Hadisə Materials 3 Aprel 2013 16:39 (UTC +04:00)
Bakı sakininin qadınları ticarət mərkəzinin qarşısında fahişəliyə cəlb etdiyi müəyyən olunub.
"Kaspian" ticarət mərkəzinin qarşısında qadınları fahişəliyə cəlb edən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Bakı sakininin qadınları ticarət mərkəzinin qarşısında fahişəliyə cəlb etdiyi müəyyən olunub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 3-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 04.02.1987-ci il təvəllüdlü, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 92, mənzil 24-də pasport qeydiyyatında olan Zərbəliyeva Ülviyyə Hökümağa qızı saxlanılıb.

Zərbəliyevanın gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikası vətəndaşı olan qadınları Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospektində yerləşən "Kaspian" ticarət mərkəzinin qarşısında fahişəliyə cəlb etməsi faktı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti