...

Goranboyda sürücü həmyerlisini vurub öldürüb

Hadisə Materials 9 Aprel 2013 13:09 (UTC +04:00)
Goranboy rayonu ərazisində "VAZ-21015" markalı avtomaşınla piyada vurulub.
Goranboyda sürücü həmyerlisini vurub öldürüb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Goranboy rayonu ərazisində "VAZ-21015" markalı avtomaşınla piyada vurulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, aprelin 8-də saat 23.35 radələrində Goranboy rayonu ərazisində rayon sakini Faiq Quliyev idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla yolu keçən həmyerlisi Əzim Bağırovu vurub.

Nəticədə Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti