...

Şəmkirdə quldur dəstə saxlanılıb

Hadisə Materials 10 Aprel 2013 18:49 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir sakinləri Zaur və Dəmir Bayramov qardaşları, eləcə də onların yaxın qohumu Elməddin Məmmədov maskalı şəkildə soyuq silah götürərək qonşuları Qəzənfər Tozan oğlu Qasımov və onun həyat yoldaşı Validə Həsən qızı Həsənovanın yaşadığı evə basqın edib, həmin şəxsləri hədələyərək mənzildən 6 min manat pul və 800 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə quldurluq ediblər.
Şəmkirdə quldur dəstə saxlanılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Şəmkirdə quldur dəstə saxlanılıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir sakinləri Zaur və Dəmir Bayramov qardaşları, eləcə də onların yaxın qohumu Elməddin Məmmədov maskalı şəkildə soyuq silah götürərək qonşuları Qəzənfər Tozan oğlu Qasımov və onun həyat yoldaşı Validə Həsən qızı Həsənovanın yaşadığı evə basqın edib, həmin şəxsləri hədələyərək mənzildən 6 min manat pul və 800 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə quldurluq ediblər.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər 3 şəxs saxlanılıb. Bundan başqa, istintaq zamanı o da müəyyən edilib ki, həmin şəxslər 5 gün əvvəl əlbir olub qrup yaradaraq Qəzənfər Qasımovun evinə oğurluq məqsədilə giriblər. Bu vaxt onlar pul və zinət əşyalarını tapmamış, lakin mənzili "əliboş" tərk etməmək üçün də çoxlu miqdarda geyim əşyaları oğurlamışdılar.

Hər iki fakt üzrə istintaq başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti