...

Bakıda fahişəlik və əxlaqsız yuva təşkilatçısı yaxalandı

Hadisə Materials 17 Aprel 2013 14:24 (UTC +04:00)
Şəmkir rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə və əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.
Bakıda fahişəlik və əxlaqsız yuva təşkilatçısı yaxalandı

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Şəmkir rayon sakini qadınları fahişəliyə cəlb etdiyinə və əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində yaşayan Şəmkir rayon sakini Pəri Miriyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və mənzilində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti