...

Suriya müxalifəti hərbi hava limanlarından birini ələ keçirib

Hadisə Materials 18 Aprel 2013 10:51 (UTC +04:00)
Suriya müxalifəti Homs şəhərində hərbi hava limanlarından birini ələ keçirib.
Suriya müxalifəti hərbi hava limanlarından birini ələ keçirib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir R.Hafizoğlu/

Suriya müxalifəti Homs şəhərində hərbi hava limanlarından birini ələ keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, Suriya ordusu və müxalifət yaraqlıları arasında gedən döyüşlərdən sonra Daba hava limanı tamamilə müxalifətin nəzarəti altına keçib.

Bildirilir ki, döyüşlər nəticəsində ən azı 150 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti