Azərbaycan, Bakı, 15 may /Trend müxbir İ.İzzət/
Quba rayonunun Zıxır kəndində kənd sakini Lətif Əzimovu qətlə yetirmiş şəxs tutulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istnadən xəbər verir ki, mayın 14-də Quba rayonunun Zıxır kəndində kənd sakini Teymur Mustafayev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Lətif Əzimovu qətlə yetirib.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mustafayev tutulub.
Hadisənin baş verdiyi yerdən isə 1 ədəd ov tüfəngi götürülüb.