...

Bakıda Böyük Briyaniya vətəndaşının evindən oğurluq edən şəxs tutulub

Hadisə Materials 5 İyun 2013 11:12 (UTC +04:00)
Bakıda 7 ay öncə Böyük Briyanıya vətəndaşının mənzilindən oğurluq etmiş şəxs tutulub.
Bakıda Böyük Briyaniya vətəndaşının evindən oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda 7 ay öncə Böyük Briyaniya vətəndaşının mənzilindən oğurluq etmiş şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini Kamil Musayev iyunun 4-də tutulub.

O, 2012-ci il noyabrın 2-dən 4-dək olan müddətdə H.Seyidbəyli küçəsində yaşayan Böyük Britaniya vətəndaşı Saied Tahamtaninin mənzilindən 15 min manat, 2000 ABŞ dolları və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti