...

Məzuniyyətə çıxan hərbçini Bakıda maşın vuraraq öldürüb

Hadisə Materials 6 İyun 2013 10:37 (UTC +04:00)
Qaradağ rayonunda yol qəzasında ölən Azərbaycan Ordusunun hərbçisi məzuniyyətdə olub.
Məzuniyyətə çıxan hərbçini Bakıda maşın vuraraq öldürüb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonunda yol qəzasında ölən Azərbaycan Ordusunun hərbçisi məzuniyyətdə olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev bildirib.

Qeyd edək ki, Qaradağ rayonunda baş verən yol qəzasında Müdafiə Nazirliyin "N" saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov "VAZ-2106" markalı maşın tərəfindən vurulub. Hərbçi aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti