...

Bakıda yol növbətçisi iş yoldaşını qətlə yetirib

Hadisə Materials 10 İyun 2013 09:49 (UTC +04:00)
Bakının Qaradağ rayonunda şəxsi münaqişə zəminində qətl hadisəsi törədilib.
Bakıda yol növbətçisi iş yoldaşını qətlə yetirib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Bakının Qaradağ rayonunda şəxsi münaqişə zəminində qətl hadisəsi törədilib.

Qaradağ rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Səngəçal yol sahəsinin keçid növbətçisi işləyən Cabbarov Nazir Şahin oğlu iş yoldaşı Rzayev İrşad Qüdrət oğlunu bıçaqlayıb.

Nəticədə Rzayev İrşad aldığı xəsarətdən ölüb.

Cabbarovun bildirdiyinə görə, iş yoldaşını qətlə yetirməsinə səbəb Rzayevin onu söyərək təhqir etməsi olub.
Faktla bağlı Cİnayət Məcəlləlsinin 120.1-ci maddəsi (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti