...

Cəlilabadda quduz itlər 11 yaşlı uşağın qol sümüyünü parçalayıblar

Hadisə Materials 14 İyun 2013 12:34 (UTC +04:00)
Cəlilabad rayonu Hacıismayıllı kəndinin 11 yaşlı sakini Sübhan Abbasov yaşadığı kənddə sahibsiz it sürüsünün hücumuna məruz qalıb.
Cəlilabadda quduz itlər 11 yaşlı uşağın qol sümüyünü parçalayıblar

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İzzət/

Cəlilabad rayonu Hacıismayıllı kəndinin 11 yaşlı sakini Sübhan Abbasov yaşadığı kənddə sahibsiz it sürüsünün hücumuna məruz qalıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Sübhan Abbasov örüş sahəsindən qoyunları evə gətirərkən qəfildən 4 sahibsiz it onun üstünə hücüm çəkib. Azyaşlının ayaqlarını, eləcə də bədəninin müxtəlif nahiyyələrini parçalayan quduzlaşmış itlər onun sağ qolunu da sındırıblar. Xoşbəxtlikdən ətrafda təsərrüfat işləri ilə məşğul olan kənd sakinləri 11 yaşlı Sübhanın qışqırıq səslərini eşidərək onu itlərin caynağından xilas edə biliblər.

Sübhanın atası Ağayar Abbasov belə hadisə ilə ikinci dəfədir ki, qarşılaşdığını deyir. Onun sölərinə görə, bir müddət əvvəl quduz it sürüsü onun saxladığı heyvanlara da hücum çəkib.

Dərhal xəstəxanaya çatdırılan 11 yaşlı Sübhan Abbasova quduzluq əleyhinə vaksin vurulub, hazırda onun səhhəti normaldır.

Cəlilabad Rayon Baytarlıq idarəsindən verilən məlumata görə, sözügedən ərazidə 160 itə quduzluq əleyhinə vaksin vurulmaqla ərazi nəzarətə götürülüb. Əgər vəziyyət təhlükəli olarsa, o zaman sahibsiz itlərin zərərsizləşdirilməsi istisna edilmir. İdarədən o da bildirilib ki, sahibsiz itlərin saxlanılması üçün hər hansı bir yer olamadığından onlara tam nəzarət etmək mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti