...

Lənkəranda baş vermiş partlayışda Türkiyə vətəndaşı xəsarət alıb

Hadisə Materials 2 İyul 2013 14:32 (UTC +04:00)
Lənkəranda qaz balonunun sızmasından baş verən partlayış nəticəsində Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Lənkəranda baş vermiş partlayışda Türkiyə vətəndaşı xəsarət alıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Lənkəranda qaz balonunun sızmasından baş verən partlayış nəticəsində Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyulun 2-də saat 03.10 radələrində Lənkəran şəhəri Ş.Xiyabani küçəsi ev 46/10 mənzil 12-də məişətdə istifadə edilən qaz balonunun sızmasından partlayış baş verib.

Nəticədə mənzilin qapı və pəncərələri sınıb, orada kirayədə yaşayan Türkiyə vətəndaşı Elmaz Zenikəri isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumata görə isə, partlayış Lənkəran şəhərindəki beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin hamamında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti