...

Azərbaycanda dəmiryolunda drezinlə minik avtomoili toqquşub, xəsarət alanlar var

Hadisə Materials 4 İyul 2013 13:29 (UTC +04:00)
Yevlaxda dəmiryolunda drezinlə minik avtomoili toqquşub, xəsarət alanlar var.
Azərbaycanda dəmiryolunda drezinlə minik avtomoili toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İzzət/

Yevlaxda dəmiryolunda drezinlə minik avtomoili toqquşub, xəsarət alanlar var.

Trend Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 9 km aralı) "MPT-4" markalı drezin Bərdə-Yevlax istiqamətində hərəkət edərkən dəmiryol keçidində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar. Xəsarət alanlar xəstəxanaya aparılıblar.

Drezinin yanacaq çənindən dəmiryol xəttinə dağılmış yanacaq FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yuyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti