Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İzzət/
Qəbələdə 17 yaşlı qız intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Qəbələ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 12-də Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abdullayeva Gülnar özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Onun cəsədi həyətdəki tədnirxananın tavanından ipdən asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.