...

Yol polisi reyd zamanı Hacıqabulda 30 sürücünü cərimə edib

Hadisə Materials 16 İyul 2013 11:16 (UTC +04:00)
Hacıqabulda keçirilən reyd zamanı 30 sürücü cərimə edildi.
Yol polisi reyd zamanı Hacıqabulda 30 sürücünü cərimə edib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/

Hacıqabulda keçirilən reyd zamanı 30 sürücü cərimə edildi.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları regionlarda reydlərini davam etdirir. Bu məqsədlə BDYPİ-nin Yol Partul Xidməti (YPX) alayının Bakı-Qazax yolu üzərində yerləşən 7-ci tağımının əməkdaşları magistral yollarda görməni məhdudlaşdıran vasitələrdən istifadə edən, sürət həddini aşan, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yollarda ötmə əməliyyatını düzgün yerinə yetirməyən, həmçinin avtomobili sərxoş halda idarə edən sürücülərə qarşı reyd keçiriblər. Reydlər DİN-nin tapşırığına əsasən ölkə əhəmiyyətli magistral yollarda quraşdırılan stasionar postlarda həyata keçirilib.

Bakı-Qazax yolu üzərində yerləşən Nəvahi postu ərazisində keçirilən növbəti belə reyd zamanı xeyli sayda sürücü saxlanılaraq cərimələnib. Saxlanılan sürücülərin əksəriyyəti havaların isti olduğunun bəhanə gətirərək, təhlükəsizlik kəmərindən istifadə etmədiklərini bildiriblər. Bundan əlavə, saxlanılan sürücülərin bəziləri sürət həddini aşdığına və avtomobili sənədsiz idarə etdiklərinə görə polis tərəfindən cərimə olunublar. Reyd zamanı həmçinin yol hərəkəti qaydasını pozan və avtomobilinin sənədlərini təqdim etməkdən imtina edən sürücülərə də rast gəlinib.

Baş inspektor Samid Ağayev bildirib ki, son zamanlar respublika əhəmiyyətli yollarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri artdığına görə DİN-nin göstərişinə əsasən belə reydlər tez-tez təşkil olunacaq.

Qeyd edək ki, təkcə 2 saat yaxın davam edən reyd zamanı qayda pozuntusuna yol verən 30 sürücü saxlanılaraq cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti