...

Bakıda qadınları fahişəliyə cəlb edən 3 nəfər saxlanılıb

Hadisə Materials 18 İyul 2013 13:51 (UTC +04:00)
Bakıda qadınları fahişəliyə cəlb etməyə və əxlaqsızlıq yuvası təşkil edilməsinə görə 3 nəfər saxlanılıb.
Bakıda qadınları fahişəliyə cəlb edən 3 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda qadınları fahişəliyə cəlb etməyə və əxlaqsızlıq yuvası təşkil edilməsinə görə 3 nəfər saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səriyyə İsgəndərovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nəsimi rayonu A.Məhərrəmov küçəsindəki mənzilində əxlaqsızlıq yuvası təşkil edərək saxlaması müəyyən edilib.

İdarəs əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakinləri Aygün Əlizadənin və Səadət Əlizadənin gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.

Aşkar edilən faktlar üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti