Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İ.İzzət/
Hacıqabul-Bəhrəmtəpə yolunun 50-ci km-də, Saatlının Bəylik kəndi ərazisindən keçən hissəsində təmir işləri zamanı gənc bayraqçı yük maşınının altında qalaraq həyatını itirib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yolun təmirini həyata keçirən "Kolin" inşaat şirkətinin sürücüsü Şirvan şəhər sakini Bilal Cəfərov idarə etdiyi "Hovo" markalı yük maşını ilə şirkətin əməkdaşı Saatlı rayon Musabəyli kənd sakini Əhmədağa Şərəfxanovun üzərindən keçib.
Baş vermiş hadisə ilə bağlı BDYPİ araşdırmalara başlayıb.