Azərbaycan, Bakı, 7 avqust /Trend/
Qazaxıstanın paytaxtı Almatıda sərxoş vəziyyətdə yol polisi əməkdaşına hücum edən Azərbaycan vətəndaşı saxlanılıb. Trend-in "Novosti-Kazaxstan" agentliyinə istinadən verdiyi məlumata görə, yol polisi "Audi-100" markalı avtomobili saxlamaq istəyərkən azərbaycanlı sürücü öncə polisin dayanmaq tələbinə tabe olmayıb.
1975-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sonradan idarə etdiyi maşından çıxaraq polis əməkdaşına hücum edib. O bununla kifayətlənməyərək polis əməkdaşına yerə yıxmağa cəhd edib və onun poqonunu qoparıb.
Hadisə yerinə gələn digər polis əməkdaşları sərxoş vəziyyətdə olan sürücünü saxlamağa müvəffəq olublar. Azərbaycan vətəndaşı dindirilən zaman bildirib ki, həddən artıq sərxoş olduğundan heç nəyi xatırlamır. Sərxoş sürücüyə qarşı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək maddəsi üzrə cinayət işi açılıb. Bu maddə cərimə cəzasını və ya 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Almatıda polisə hücum edən Azərbaycan vətəndaşı saxlanılıb
Qazaxıstanın paytaxtı Almatıda sərxoş vəziyyətdə yol polisi əməkdaşına hücum edən Azərbaycan vətəndaşı saxlanılıb.