...

Gün ərzində 9 nəfər dənizdə batmaqdan xilas edilib

Hadisə Materials 7 Avqust 2013 23:46 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər və Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Gün ərzində 9 nəfər dənizdə batmaqdan xilas edilib

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Azərbaycanda gün ərzində dənizdə batan 9 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər və Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) 2 nəfər batma təhlükəsi ilə üzləşib.

Bundan başqa, Sumqayıt şəhərində dənizdə, "Corat" sularda xilasetmə məntəqəsindən təxminən 3000 metr və 2500 metr məsafədə, nəzarət olunmayan ərazilərdə 2 nəfər, "Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində isə 1 nəfər batma təhlükəsi ilə üzləşib.

Həmçinin, Abşeron rayonunda dənizdə ("Fatmayı" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşib.

Vətəndaşlar Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicilər tərəfindən xilas olunublar.

Xəbər lenti

Xəbər lenti