Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İ.İzzət/
İmişli rayon sakini qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Əntiqə Əhmədova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı ilə əlaqədar saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.