Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/
Gəncə şəhər sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Günel Tağıyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.